Katarakt

Qəbələdə ağır qəza: üç ölü, üç yaralı

SOSİAL
23:39 05.05.2021
586
Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Bum kənd sakini Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobillə Göyçay rayon sakini Nəsib Şakir oğlunun (soyadı dəqiqləşdirilir-red) sükanı arxasında olduğu "VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107”-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada vəfat orada keçiniblər. "VAZ-2017”də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR