Qəbələdə ana və qızı bıçaqlandı, hadisəyə görə bir qadın saxlanıldı

Qəbələdə ana və qızı bıçaqlandı, hadisəyə görə bir qadın saxlanıldı
SOSİAL
12:11 18.10.2023
153
Qəbələdə bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayon sakini, 1980-ci il təvəllüdlü Tahirova Elnarə Səfiyyədin qızı və onun 17 yaşlı qızı kəsilmiş-deşilmiş xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Salatın Əhmədiyyəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR