Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda xəsarət alan şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.










































