Qəbələdə piyadanı avtomobil vurub.
AZXEBER.COM APA-nın Şirvan bürosuna istinadən xəbər verir ki, martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi "KİA” markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.










































