Qəbələdə beynəlxalq konfrans keçiriləcək

Qəbələdə beynəlxalq konfrans keçiriləcək
12:30 07.03.2013
1045

Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, bu ilin 12-13 mart tarixlərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan FHN-in təşkilatçılığı ilə Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.Konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərlərinin iştirakı gözlənilir.Konfransın əsas müzakirə mövzusu mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər olacaqdır.Nazirlikdən bildirilib ki, həmçinin, konfrans çərçivəsində Bakıda FHN-in qüvvə və vasitələrinin cəlb olunması ilə taktiki xüsusi təlimin keçirilməsi də planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR