Qəbələdə meşə yanır - Helikopter və təyyarə qaldırıldı

SOSİAL
17:49 23.08.2019
3153
Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.
 
AZXEBER.COM  xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR