Qəbələdə nazirlər birgə bəyanat qəbul etdilər - VİDEO
SİYASƏT
20:00 16.08.2013
1551
Türkdilli dövlətlərin Xarici İşlər Nazirləri şurasının Qəbələdə keçirilən iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Xarici İşlər Nazirləri Misirdəki vəziyyətlə bağlı birgə bəyanat da qəbul ediblər.Bəyanatda deyilir: “Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Biz, ölkədə barışıq həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”.