Qəbələdə qar görən ərəb turistlərin macəraları - VİDEO

Qəbələdə qar görən ərəb turistlərin macəraları - VİDEO
SOSİAL
14:35 19.10.2016
2812
Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda burada iki fəslin vəhdətini yaşayırlar. İki gündür ki, rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.
APA TV-nin yerli bürosunun xəbərinə görə Qəbələ şəhərinin şimalındakı kanat yolu ilə dağlara qalxan zaman hər kəs bu gözəl təbiət mənzərəsini seyr edə bilir. Qəbələ rayonuna ilk qarın yağması "Tufandağ” Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etmək üçün gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar. Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir, "Tufandağ” otelində istirahəti təmin olunur.
Səudiyyə Ərəbistanından olan turist Muhəmməd İsmayıl bildirib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması çox maraqlıdır.
"Tufandağ” otelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qarın yaratdığı gözəl mənzərədə yüksək səviyyədə istirahət etməyə çalışırlar. Onlar bu gözəl anları videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, xizəklə sürüşür, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar. Rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla 4 istiqamətə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini heç kim əldə buraxmaq istəmir. Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayı xeyli artıb.
Səudiyyə Ərəbistanından gələn turist Hacı Əli Amar burada dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib. Birləşmiş Ərəb Əmirliklərindən gələn Muhəmməd Yasif Qəbələnin təbiətinin çox gözəl olduğunu, burada qış fəslində istirahət üçün hər cür şəraitin yaradıldığını, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsinin məhz burada şahidi olduğunu deyib.
Kanatla dağlardan aşağı, yəni Qəbələ şəhərinə doğru qayıtdıqca qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir. Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"