Qəbələdə sevgililərin intiharı ilə bağlı təfərrüat məlum oldu

Qəbələdə sevgililərin intiharı ilə bağlı təfərrüat məlum oldu
SOSİAL
20:53 30.08.2018
13994
Qəbələ rayonunda sevgililərin ölümü ilə bağlı təfərrüat məlum olub.
 
AZXEBER.COM Report-a istinadən bildirir ki, avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

Yerli sakinlər "Report"un bölgə müxbirinə bildiriblər ki, qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olublar və evlənmək istəyiblər. Lakin oğlanın valideynləri bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar verdikləri güman edilir.

Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR