Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən ticarət mərkəzində baş verən yanğın söndürülüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə yerinə qısa vaxtda gələn yanğınsöndürənlər alovun miqyasının genişlənməsinin qarşısını alıblar.
Ümumilikdə 12 obyekt - geyim əşyası mağazası, aptek və gözəllik salonu yanıb, 1000 kvadratmetr sahə yanğından mühafizə edilib, o cümlədən arxa tərəfdə yerləşən uşaq bağçasına yanğının keçməsinin qarşısı alınıb. Sahibkarlara dəyən ziyanın məbləği hesablanır.
Yanğının səbəbi araşdırılır.