Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir - FOTOLAR

SİYASƏT
14:34 23.06.2014
1405
AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, iyunun 23-də Qəbələ Konqres Mərkəzində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlamışdır.
Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoymuşlar.
Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq olmuşdur.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, indiki forum ölkələrimiz arasında mehriban qonşuluq və dostluq prinsiplərinə söykənən uğurlu əməkdaşlığın nümunəsidir. Nazir demişdir: “Ölkələrimiz beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verir”.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin 2 milyard 600 milyon dollar təşkil etdiyini bildirən nazir vurğulamışdır: “Qarşılıqlı maliyyələşdirmə ikitərəfli əməkdaşlığın mühüm istiqamətləridir. Azərbaycan son 10 ildə Rusiyaya 1 milyard dollar sərmayə yatırmışdır. Rusiya iş adamlarının iştirakı ilə Azərbaycanda çoxsaylı biznes-forumlar keçirilmişdir”.
Ölkələrimiz arasında humanitar əməkdaşlığın fəal inkişaf etdiyini bildirən nazir humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun rolunu, habelə iki ölkənin gəncləri arasında münasibətlərin möhkəmlənməsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini vurğulamışdır.
Azərbaycanın Rusiya regionları ilə uğurla əməkdaşlıq etdiyini bildirən Şahin Mustafayev demişdir: “Azərbaycan Rusiyanın 15 subyekti ilə əməkdaşlıq haqqında sənədlər imzalamışdır. Bununla belə, Azərbaycan və Rusiya böyük potensiallarının köməyi ilə əmtəə dövriyyəsinin həcmini genişləndirə bilərlər”.
Azərbaycan iqtisadiyyatının inkişafından söz açan nazir demişdir ki, ölkəmizə 170 milyard dollardan yuxarı sərmayə yatırılmışdır. O bildirmişdir ki, Azərbaycanda sabit iqtisadi inkişaf müşahidə olunur, əhalinin rifahı yüksəlir. Bununla belə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması müxtəlif iqtisadi layihələri tam həyata keçirməyə imkan vermir.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirmişdir ki, növbəti forumun Azərbaycanda keçirilməsi ölkələrimizin rəhbərlərinin əsasını 5 il əvvəl qoyduqları xoş ənənənin güc topladığını və genişləndiyini göstərir.
Rusiya nazirinin sözlərinə görə, bu gün Azərbaycan və Rusiya energetika, bank, nəqliyyat, sənaye və s. sahələrdə uğurla əməkdaşlıq edirlər. Humanitar əlaqələrə toxunan nazir qeyd etmişdir ki, Rusiyada 13 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. İ. Slyunyayev demişdir: “Bir çox regionlarda Azərbaycan dilinin və milli özünəməxsusluğun qorunub saxlanılması üçün şərait yaradılmışdır. Azərbaycanın ali məktəbləri ilə birlikdə Həştərxanda Azərbaycan dili üzrə mütəxəssislər hazırlanır”.
Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Sonra RF Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətini oxumuşdur.
Forumda təqribən 500 nümayəndə - hər iki ölkənin Prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak edirlər.
Forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq iki ölkənin Prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılmışdır.
İkigünlük forumda tərəflər energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək, habelə turizm, investisiyalar, aqrar sahələrdə əlaqələrin genişlənməsi imkanlarını nəzərdən keçirəcəklər.
Forum çərçivəsində birgə sənədlərin imzalanması nəzərdə tutulur.
----------
12:19
AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, iyunun 23-də Qəbələ Konqres Mərkəzində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlamışdır.
Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoymuşlar.
Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq olmuşdur.
Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Forumda təqribən 500 nümayəndə - hər iki ölkənin Prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak edirlər. Forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiyanın Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq iki ölkənin Prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılmışdır.
İkigünlük forumda tərəflər energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək, habelə turizm, investisiyalar, aqrar sahələrdə əlaqələrin genişlənməsi imkanlarını nəzərdən keçirəcəklər.
Forum çərçivəsində birgə sənədlərin imzalanması nəzərdə tutulmuşdur.
OXŞAR XƏBƏRLƏR