Qəbələdə xalq şairi Məmməd Araz anılıb

Qəbələdə xalq şairi Məmməd Araz anılıb
MƏDƏNİYYƏT
10:00 12.12.2013
1201

Qəbələ rayonunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsindənverilən məlumata əsasən, rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə şairin həyat və yaradıcılığından geniş söhbət açılıb.Bildirilib ki, Azərbaycan ədəbiyyatının inkişafı və formalaşmasında Xalq Şairi Məmməd Arazın müstəsna xidmətləri var. Belə ki, şairin təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb. Eyni zamanda Azərbaycan fəlsəfi və siyasi lirikası Məmməd Araz dühası hesabına daha da zənginləşib. Çıxışlarda Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan şair-publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaş olduğu xüsusi vurğulanıb.Tədbirdə məktəblilər şairin “Ayağa dur Azərbaycan”, “Vətən mənə oğul desə”, “Azərbaycan dünyam mənim”, “Ata millət, Ana millət, ayağa dur” şeirlərini söyləyiblər.Xatırladaq ki, Qəbələdə keçirilən bu tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məmməd Arazın 80 illik yubileyi haqqında” imzaladığı Sərəncama uyğun təşkil edilib.

OXŞAR XƏBƏRLƏR