Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı
SOSİAL
23:43 29.03.2026
139
Qəbələdə yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Soltannuxa kəndində baş verib.

Vətəndaşa məxsus yaşayış evində başlayan yanğına dərhal FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Evin kimə məxsus olması və hadisənin səbəbləri ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR