'Qəbələ'li azarkeşlər hakimə hücum etdilər

İDMAN
14:30 20.08.2013
1092
“Qəbələ”nin “Sumqayıt” səfərində məğlub olması (2:1) “soyuq duş” effekti yaratdı. 
Bu dəfə bölgə azarkeşləri də fəallaşıb və hadisəyə münasibət göstərməyə başlayıblar. Ancaq etiraz obyektləri matçın baş hakimi Orxan Məmmədov olub. Oyun vaxtı birtərəfli idarəçilikdə suçlanan Məmmədovun məğlubiyyətdə rol oynadığını düşünən “Qəbələ” azarkeşləri matçdan dərhal sonra referiyə tərəf gedərək onu fitə basıblar. 
“FutbolPress”ə çatan məlumata görə Orxan Məmmədovun qardaşı Tərlan Məmmədov “Qəbələ”nin aşağı yaş qruplarında məşqçidi. Hakimin idarəçiliyindən narazı və qəzəbli azarkeş kütləsi həm də Tərlana təzyiq eləməyə başlayıb. Redaksiyamıza bölgə təmsilçisinin azarkeşlərindən çox sayda zənglər daxil olur. Onlar dünənki oyunda hakimin "Qəbələ"yə qarşı konkret qərəz nümayiş etdirdiyini deyirlər. Həmin fanatlardan bir neçəsi qeyd elədi ki, oyundan sonra Məmmədova yaxınlaşıb,əsəbi formada etirazlarını bildiriblər. 
"Qəbələ" tərəfdarları Tərlan Məmmədovun məşqinə çıxıb, qardaşının pis hakimlik eləməsinə görə yenə etiraz edəcəklərini bildirdilər. Bildirək ki, Premyer Liqanın cəmi 3 turu geridə qals da, artıq “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və AZAL-ın sırasına hakimlikdən şikayət edən "Qəbələ"nin azarkeşləri də qoşuldu.
OXŞAR XƏBƏRLƏR