Donetskdə təlim-məşq toplanışlarında olan “Qəbələ” futbol klubunun yeniyetmələrdən ibarət U-14 yığması 2-ci oyununu keçirib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu dəfə qəbələlilər “Şaxtyor”un bu yaş kateqoriyasında çıxış edən əsas komandası ilə görüşüblər və 1:9 hesabı ilə məğlub olublar.Xatırladaq ki, ilk oyunda “Qəbələ” “Şaxtyor-2” komandasını 3:0 hesabı ilə məğlub etmişdi.