“Qəbələ” klubu baş məşqçisi Ramiz Məmmədovu istefaya göndərib.
Buna komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar Topaz Premyer Liqada zəif çıxış etməsi səbəb olub.
R.Məmmədovun yerinə komandaya müvəqqəti olaraq “Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi Luis Araqon gətirilib.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumatı təsdiqləyib.