"Qəbələ"nin baş məşqçisi: "Qarabağ"ın reklama ehtiyacı yoxdur"

"Qəbələ"nin baş məşqçisi: "Qarabağ"ın reklama ehtiyacı yoxdur"
İDMAN
22:10 03.10.2021
495
"Biliridk ki, çempionatın liderinə qarşı oynayırıq. "Qarabağ"ın reklama ehtiyacı yoxdur. Oturuşmuş heyəti var, dominantlıq etməyi sevir. Bizim də öz oyun planımız var idi. Komanda zaman-zaman tapşırıqların öhdəsindən gəlirdi. Çıxışımızdan razı qaldım. İnanıram ki, getdikcə inkişaf edəcəyik".

Bunu "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" rəqibə çox qol şansı vermir: "Əlimizə düşən imkanları dəyərləndirsəydik, hər şey fərqli ola bilərdi. Ehtiyat qüvvəmiz azdır, rotasiya etməkdə çətinlik çəkirik. Buna baxmayaraq, komanda mənim istədiyimi verir".

Baxşıyevin sözlərinə görə, oyundankənar vəziyyətə düşmək normaldır: "Düşünürəm ki, rəqibin futbolçuların ustalığı buna gətirib çıxarırdı".
 
//Report
OXŞAR XƏBƏRLƏR