"Qəbələ"nin futbolçusu oyun zamanı ölümdən dönüb.
AZXEBER.COM xəbər verir ki, hadisə "Fehervar"- "Qəbələ" oyunuda baş verib.
Belə ki, "Qəbələ"nin futbolçusu İlkin Qırtımov rəqib komandanın oyunçusu ilə toqquşaraq güclü travma alıb.
İlkin Qırtımov çox ciddi zədə alaraq ölüm təhlükəsi ilə üzləşib. O, yıxılaraq dili qatlanıb. Futbolçuya dərhal ilkin yardım göstərilərək təcili yardım maşınında meydançadan çıxarılıb.