İspaniyanın "Atletik” klubunun sabiq qapıçısı Kristof Atanqana qarşıdakı "Qarabağ” oyunu öncəsi diqqətçəkən açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, hazırda futbol karyerasına fasilə verən "Qəbələ”nin 25 yaşlı kamerunlu qolkiperi "Deia” nəşrinə müsahibəsində ağdamlılar barədə danışıb:
"Qarabağ” heç də asan rəqib deyil. Onlar təzyiqsiz oynayanda çox təhlükəli olurlar. Komanda hər mövsüm avrokuboklara düşmək üçün ciddi sərmayə qoyur və taktiki cəhətdən çox güclüdür”.
Atanqana bildirib ki, Azərbaycan çempionatının səviyyəsi İspaniyanın 2-ci divizionu ilə müqayisə oluna bilər və "Qarabağ” orada ən güclü klubdur:
"Onlar ölkə liqası üçün artıq çox güclüdürlər. Braziliyalı oyunçularla hücum futbolu oynayırlar. "Atletik” favoritdir, amma yüz faiz gücünü ortaya qoymasa, xoşagəlməz nəticə ala bilər”.
Xatırladaq ki, "Atletik” – "Qarabağ” oyunu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində oktyabrın 22-si, Bakı vaxtı ilə 20:45-də "San Mames” stadionunda keçiriləcək.
Zəfər Hacılı









































