20:52 çərşənbə Axşamı, 20 Avqust 2019
SOSİAL

Qəbul imtahanında az bal topladı, özünü öldürdü - Dəhşəti intiharın təfərrüatı

13:16, 16.06.20199238
Qəbul imtahanında az bal topladı, özünü öldürdü - Dəhşəti intiharın təfərrüatı
Xəbər veridiyimiz kimi, Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb.

Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, intiharın bəzi təfərrüatları məlum olub. Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən "Son Zəng" tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib. 17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış.

Araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ