Qəbul imtahanlarına ödəniləcək məbləğ hesablanır

Qəbul imtahanlarına ödəniləcək məbləğ hesablanır
SOSİAL
17:48 02.03.2017
756

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, iclasın gündəliyi "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin sərəncamı, DİM-in elektron xidmətlərdən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub.

Sədr Məleykə Abbaszadə qeyd edib ki, dövlət başçısının tapşırıqları əsasında, gənclərin ali və orta ixtisas təhsili alması imkanlarının genişləndirilməsi məqsədilə tələbə qəbulu sahəsində bir sıra tədbirlər, islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bu islahatlar çərçivəsində ən vacib sənədlərdən biri "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdır. Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat verən M.Abbaszadə vurğulayıb ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti  hesabına həyata keçirilməsi gözlənilir".

Daha sonra M.Abbaszadə DİM-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və dim.gov.az saytında yerləşdirilmiş "Şəxsi kabinet" və ödəniş üsulları barədə məlumat verərək göstərib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır: "Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir".

İclasda DİM tərəfindən Tarif Şurasına imtahanların keçirilməsi ilə bağlı təqdim olunmuş qiymətlər barədə Şura üzvlərinə məlumat verilib. Qeyd olunub ki, hazırda imtahanlarda iştirak üçün ödəniləcək məbləğlərlə bağlı DİM  və Tarif Şurasının mütəxəssisləri tərəfindən dəqiqləşdirmələr aparılır. Bu işlər başa çatdıqdan sonra qiymətlər ictimaiyyətə elan olunacaq.

İclas iştirakçılarının nəzərinə yeni işıq üzü görmüş "Azərbaycan dili " və "РУССКИЙ ЯЗЫК"  fənləri üzrə vəsaitlər təqdim edilib.

İclasda digər cari məsələlər də müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
16:48 28.05.2025
Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir
16:42 28.05.2025
Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir
Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
16:19 28.05.2025
Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
15:48 28.05.2025
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
15:43 28.05.2025
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
15:17 28.05.2025
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
15:14 28.05.2025
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
Elvinin klipi üç gündə trend oldu
15:00 28.05.2025
Elvinin klipi üç gündə trend oldu
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
14:58 28.05.2025
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
Azərbaycanda məktəbli qəfil öldü
14:46 28.05.2025
Azərbaycanda məktəbli qəfil öldü
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
14:44 28.05.2025
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
14:42 28.05.2025
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
14:32 28.05.2025
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
14:31 28.05.2025
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
14:22 28.05.2025
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır
14:13 28.05.2025
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır