"Qəbul imtahanlarının ödənişləri artırıla bilər" - Məleykə Abbaszadə

"Qəbul imtahanlarının ödənişləri artırıla bilər" - Məleykə Abbaszadə
SOSİAL
16:31 07.03.2017
804

 

"Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəbləşməsi imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
 
M.Abbaszadə bildirib ki, növbəti illərdə qəbul imtahanları üçün müəyyənləşdirilmiş ödənişin məbləğində dəyişiklik ola bilər: "Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq".
 
DİM-in sədri vurğulayıb ki, bəzi  şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli təyin edilməsi bu məsuliyyətsizliyi aradan götürəcək.

///Lent.az
OXŞAR XƏBƏRLƏR