Qəbul imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır - DİM

Qəbul imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır - DİM
SOSİAL
22:50 12.03.2021
641
"Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır".

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat paylaşıb.

"Nəzərinizə çatdırırıq ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və mərkəzin dim.gov.az saytında yerləşdiriləcək. İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi tövsiyə edirik", - məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR