Keçmiş Liviya lideri Müəmmar Qəddafinin dul arvadı ərinin meyitinin harada olması barədə məlumat tələb edib.
AZXEBER.COM-un BBC Russian-a istinadən verdiyi xəbərə görə, “Rusiyanın Səsi” radioyayım şirkətinin dərc etdiyi məktubda Safiyə Farkaş dünya ictimaiyyətinə müraciət edib. “İnsan haqları üzrə bütün beynəlxalq təşkilatlardan tələb edirəm ki, həbs olunduğu andan ailəmizin bütün üzvlərindən təcrid olunan oğlum Seyf Əl-İslamla əlaqə qurmağımı təşkil etsinlər”, - deyə o, dünya ictimaiyyətinə ünvanladığı açıq məktubda bildirib. “Rusiyanın Səsi” məlumat verir ki, radioşirkətin redaksiyasına məktubu onun bacısı Fatimə Farkaş gətirib.