Qəddafinin həyat yoldaşı ərinin cəsədini tələb edir

Qəddafinin həyat yoldaşı ərinin cəsədini tələb edir
DÜNYA
19:00 22.10.2013
1327
Devrilmiş liviya prezidenti Müəmmar Qəddafinin həyat yoldaşı Səfiyyə Farkaş 21 oktyabrda öldürülmüş mərhum həyat yoldaşının və sonuncu dəfə onunla birlikdə yoxa çıxan şəxslərin cəsədlərinin yaxınlarına verilməsini tələb edir. 
ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, qadın ərinin təhqir olunmuş cəsədinin hörmətlə dəfn olunmasını istəyir: “Mən tələb edirəm ki BMT Təhlükəsizlik Şurası və Avropa şurası, bu ağır cinayətin törədilməsində birbaşa və dolayı yollarla əli olan şəxslərdən Müəmmar Qəddafinin cəsədinin hörmətlə dəfn edilməsi üçün, onun məzarının açılmasını və cəsədin yaxınlarına verilməsini tələb edirəm”.Səfiyyə Farkaşnın sözlərinə görə, həyat yoldaşını vəhşicəsinə öldürən bədheybətlərin törətdiyi hərəkət heç bir dinə, məzhəbə uyğun deyil. Onların öldürdükləri “düşmənlərinin” cəsədini vermək istəmələri isə, bəşər tarixində görünməmiş alçaqlıqdır.Mərhumun həyat yoldaşı beynəlxalq hüquq mühafizə təşkilatlarına müraciət edərək “Camahiriyyə lideri”, Liviya həbsxanalarının birində yatan oğlu Seyf Əl-İslam Qəddafi ilə normal əlaqə yarada bilməsini tələb edir. Açıq məktubun sonunda Səfiyyə Farkaş, 2011 ci ilin 20 oktyabrında, izlənilməkdən qaçarkən Sirt şəhəri yaxınlığında vəhşicəsinə öldürüən mərhum həyat yoldaşının ikinci ildönümündə səsinin eşidiəcəyinə ümüd etdiyini deyib.Müəmmar Qəddafinin həyat yoldaşının çox tələblər irəli sürdüyü məktubuna, hələ ki reaksiya verilməyib.
OXŞAR XƏBƏRLƏR