"Qəddafinin öldürülməsinə icazə vermək böyük səhv idi" - Tarixi etiraf

"Qəddafinin öldürülməsinə icazə vermək böyük səhv idi" - Tarixi etiraf
DÜNYA
20:35 17.08.2023
350
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Tajani Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin öldürülməsinə icazə verilməsinin böyük səhv olduğunu söyləyib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki,  İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Toskana əyalətinin Luka şəhərində keçirilən ictimai tədbirdə çıxış edib. Burada Qəddafinin öldürülməsinin böyük səhv olduğunu deyib. Nazirin bu sözləri zalda alqışlarla qarşılanıb.
Antonio Tajani bildirib ki, Qəddafi demokratiya modeli olmaya bilər, lakin onun ölümü ilə qeyri-sabitlik başladı:

"Qəddafi ilə razılaşmalar sayəsində İtaliya immiqrant axınını dayandıra bilib. O, şübhəsiz ki, özündən sonra gələn hər kəsdən daha yaxşı idi”.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR