Qədir Qızılsəs kövrəldi: "2 bacım, 2 qardaşım öldü" - VİDEO

Qədir Qızılsəs kövrəldi: "2 bacım, 2 qardaşım öldü" - VİDEO
MAQAZİN
11:42 24.04.2017
1006
"Lider TV”-nin "Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb.
 
AZXEBER.COM-un məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Qədir Qızılsəs olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O, qardaşının faciəvi ölümündən söz açıb: "Həyatda itkilərim çox olub. İki cavan qardaşım dünyasını dəyişib. Biri faciəvi şəkildə öldü. 33 yaşı var idi. Elə bacım da cavan yaşında rəhmətə getdi. Bir sözlə, 2 bacı, 2 qardaş itirmişəm. Elə atamın özü də cavan yaşında dünyasını dəyişdi. Bu, həyatdır, allahın yazısıdır”. 

Qeyd edək ki, "Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da "Lider TV”-də yayımlanır. 

OXŞAR XƏBƏRLƏR