Qədir Rüstəmovun cənazəsi Bakıya gətirilib, o II Fəxri Xiyabanda dəfn olunacaq

Qədir Rüstəmovun cənazəsi Bakıya gətirilib, o II Fəxri Xiyabanda dəfn olunacaq
MARAQLI
10:39 15.12.2011
2403

Uzun sürən xəstəlikdən sonra 14 dekabr 2011-ci il tarixində İstanbulun Acıbadem Xəstəxanasında vəfat edən Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovun cənazəsi bu gün gecə saatlarında Bakıya gətirilib.

Qədir Rüstəmovun cənazəsini qarşılayanlar arasında olmuş “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev deyib ki, bu, onların da itkisi sayılır. ”Ustad xanəndə həm də “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü idi”.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada yaşayıb və xanəndə kimi yetişib. Özünəməxsus ifa tərzi ilə əsil xalq artisti kimi xalqın sevgisini qazanıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları radionun fondunda saxlanılır.

Qarabağ, Ağdam həsrəti ilə dünyasını dəyişən Qədir Rüstəmovla vida mərasimi bu gün saat 12:00-da Bakı Musiqi Akademiyasında başlanacaq. Saat 15.00-dan sonra mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Yas mərasimi 3 gün Təzə Pir məscidində davam edəcək. Qeyd edək ki,Prezident İlham Əliyev başda olmaqla ölkənin dövlət və hökumət adamlarının, incəsənət xadimlərinin Qədir Rüstəmovun vəfatı ilə bağlı nekroloqu yayılıb. Nekroloqda deyilir ki, gənc yaşlarından mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb. O, ömrünün sonuna kimi xanəndəlik sənətinə sadiq qalıb: “Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz Qədir Rüstəmovun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnı hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.

Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirib. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən “Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl fonduna daxil olub. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə klassik muğam ifaçısı obrazını ustalıqla canlandırıb. Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.

Görkəmli xanəndə, səmimi və təvazökar insan Qədir Çərkəz oğlu Rüstəmovun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
13:07 11.05.2025
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
Leysan, dolu, sulu qar... - Sabahın havası
12:42 11.05.2025
Leysan, dolu, sulu qar... - Sabahın havası