Qəhrəman şəhidimizin arzusu reallaşdı - VİDEO

Qəhrəman şəhidimizin arzusu reallaşdı -  VİDEO
SOSİAL
12:32 12.04.2016
2384
4 günlük müharibədə dünyasını dəyişən şəhidlərimizin həyatı ilə maraqlananda onların həqiqətən də təsadüfi insanlar olmadığını, vətən uğrunda candan keçməyə artıq uşaqlıqdan mənən hazır olduqlarını görürük. Astaradan şəhid olan igid oğul Pəncəli Teymurov da 2 il əvvəl öz toyunda bu sözləri deyibmiş:
"Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin".
Bizimyol.info anspress-ə istinadən bildirir ki, qəhrəman şəhid 2 il öncə çaldırdığı toyunda səsləndirdiyi arzusuna artıq qovuşub. Doğulduğu ucqar kəndə, el-obasına üçrəngli bayrağımıza bükülü tabutda qayıtdı Azərbaycan ordusunun hərbi qulluqçusu Pəncəli Nurmməmməd oğlu Teymurov.
Uşaqlıqdan zabit olmaq həvəsində olub. Bu arzu ilə də Azərbaycan ordusuna yazılıb. 17 il orada xidmət edib. Bu gün isə doğulduğu ocağa qəhrəman kimi, şəhid kimi, igid əsgər kimi döndü. Bircə təsəlli yerimiz var - ölümün qolları güclü olsa da, vətən məhəbbəti güclüdür onda.
Lələ təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Pəncəli ilə son vida görüşündə bütün Astara iştirak edirdi. Hər kəs Azərbaycan ordusunun layiqli əsgəri, ölkə başçısı tərəfindən 2015-ci ildə "İgidliyə görə" medalı və bir sıra döyüş mükafatları ilə təltif olunmuş şəhidə son borcunu vermək istəyirdi.
Azərbaycan bayrağını bağrına basan şəhid atası dərd belini büksə də vüqarını sındırmadı, "Vətən sağ olsun!" - dedi.
Şəhidin anası Vahimə Ağayeva isə oğlunun qanının yerdə qalmayacağını deyib: "Mənim oğlumun qanı yerdə qalmayacaq. 5 oğul böyütmüşəm. 1-i qurban gedib. 4-ü sağdır. 4 oğlum onun qanını yerdə saxlamaz. Fəxr edirəm öz oğlumla".
Həmçinin şəhidin qardaşı Famil Teymurov bütün şəhidlərin qisasını alacaqlarını deyir: "Düşmən sevinməsin ki, mənim qardaşımın qanı yerdə qalacaq. Biz bütün şəhidlərin qisasını alacağıq onlardan".
Bundan sonra 2-ci Qarabağ savaşından söz düşəndə, yəqin ki, Astaranın ucqar dağ kəndi olan Əzərüdün adı da iftixarla çəkiləcək. Azərbaycan ordusunun giziri, 35 yaşlı Pəncəli Teymurovun qısa, lakin mənalı həyatı, igidliyi, şəhid ölümü bahasına.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb