AZXEBER.COM-un QAT-a istinadən verdiyi xəbərə görə, 11 iyun Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin doğum günüdür.
İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyunun 11-də Laçın rayonu Unannovu kəndində anadan olub. O, milis (polis) zabiti kimi Qarabağ müharibəsində fəal iştirak etmiş, onun bacarığı nəticəsində erməni casusları zərərsizləşdirilmiş, Salatın Əsgərovanın qatillərinin ələ keçiriməsində müstəsna rol oynamışdır. Onun rəhbərlik etdiyi rota 1992-ci ilin sentyabrında Hocaz yüksəkliyi və Hocaz kəndi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmiş, 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və daha 4 kəndini düşməndən azad etmişdir. Cəsur komandir 1994-cü il yanvarın 13-də Füzulinin kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanınında dəfn edilib. Laçın rayonu orta məktəblərindən biri onun adını daşıyır.