Qəhrəmanlar unudulmur! - Namiq Abdullayev

Qəhrəmanlar unudulmur! - Namiq Abdullayev
Bütün Xəbərlər
14:27 10.05.2012
1696

AZXEBER.COM-un məlumatıma görə, 10 may Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin doğum günüdür. Namiq Vahid oğlu Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonu Avşar kəndində anadan olub. O, 1992-ci ilin dekabrında cəbhəyə gedir və atasının döyüşdüyü taborun tərkibində vuruşur. 1993-cü il fevralın 9-da Xocavənd rayonu ərazisində onun döyüşdüyü tabor düşmənlə ölüm-dirim savaşına girir, xeyli əsgər yoldaşları həlak olur, düşmən tanklarının qarşısını almaq getdikcə çətinləşir, bu vəziyyətdə igid əsgər qumbaraları sinəsinə sıxaraq öndə gələn düşmən tankının altına atılır, düşmən tankını partladır, digər tankların da irəliləməsinin qarşısını alır. O, Avşar kəndində dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır.

OXŞAR XƏBƏRLƏR