Qəlbimin halına yanan gərəkdir - ŞEİR

Qəlbimin halına yanan gərəkdir - ŞEİR
KÖŞƏ
01:10 02.11.2011
2739
Sənin hədiyyən Səndən başqa kimsəni görməyən gözlərimlə, Səsindən başqa səs eşitməyən qulaqlarımla Tilsimindəydim. Ruhum xəyalınla qolboyun, Qəlbim sənin əsirin, Cismim sənin kölgəndi... “Sevirəm” söyləyən dodaqlarımı Öpmək istədiyim Barmaqlarınla qapadın, Ən gözəl duyğularımı Baxışlarınla yamanladın,qınadın... Qırmaq istədiyim inadın Qəzəbə çevrilib üstümə ələndi, Duyğularım sarsıldı, çilikləndi, Gözlərimdə dondu qəlbimin ahı— Səni sevməkdimi günahım?.. Xatirən də özüntək amansızdır, qəddardır... Səninçün nə fərqi var— Könlündə ilk bahardır. Mənim əzablarımdan yolunda tikan bitmir, Qəlbinə kölgə düşmür, Sənin soyuqluğundan Mənim sevgim dəyişmir... Elə bilmə, yolunda bitməyə tələsirəm, Daha qəlbimə deyil, qüruruma əsirəm! Zaman qoparıb alır məni Qəmin əlindən— Artıq yaşayıram mən. Duyğumun yaddaşında, Bilirsənmi, əslində, Qəribə olan nədir? Ürəyimə vurduğun, arabir sızıldayan ən dərin yaralar da Atmağa qıymadığım Sevimli hədiyyəndir... Qəlbimin halına yanan gərəkdir...Bağışla, Narahat edirəm səni Sənə yad hissimlə, qərib duyğumla. Bu duyğu rahatlıq vermir ki mənə, narahat etməyim mən də özgəni acı ayıqlığım, şirin yuxumla. Bilirəm, əlinə yetişməz əlim, Dünya dağılsa da, ola bilməzsən Heç zaman, Heç zaman, Heç zaman mənim! Nə bir ümidim var, Nə bir təsəllim... Gör, necə atəşə salmısan məni— Necə yana-yana sevirəm səni?!. Ayağım başımı götürüb hərdən Gəzir küçələrdə bir sərsəritək— Hər yerdə izini axtarır ürək... Hərdən də az qalır köksümü yarıb, Səni sevən qəlbi dartıb-çıxarıb Çırpım, Elə çırpım, Tökülsün izin— Bir daha izini görməsin gözüm! ...Yenə aldadıram yetim qəlbimi— dağlardan baş alıb gələn sel kimi alıb aparırsa ürəyi sevgi, qaçıb can qurtarmaq mümkün deyil ki! Gör, necə atəşə salmısan məni— Necə yana-yana sevirəm səni! Əzabım qurd kimi yeyir içimi— Hər günüm narahat, hər gecəm oyaq. Bilmirəm, haradır yerim, məskənim— Ağıl tərəddüddə, hisslər başayaq... Ümidim, gümanım bəzən aldadır— Xəyalın qəlbimi qoynuna alır... Ayılıb görəndə yenə də təkdir, Qəlbimin halına yanan gərəkdir... Gör, necə atəşə salmısan məni— Necə yana-yana sevirəm səni... Sədaqət Əhmədova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR