Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatına start verilir.
AZXEBER.COM xəbər verir ki, turnirin açılış matçında ev sahibi Almaniya Şotlandiya ilə qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann etiraf edib ki, onun komandası Şotlandiya ilə qarşılaşma öncəsi bir az streslidir:
"Çətin matç olacaq. İlk oyun olduğu üçün bir az stressliyik. Ancaq qələbə qazanacağımıza inanıram”.
Qeyd edək ki, 1992-ci ildən bəri milli komandalar arasında keçirilmiş yeddi görüşdə yalnız birində heç-heçə qeydə alınıb, qalan bütün görüşlərdə Almaniya qalib gəlib.
Məryəm