Qənirə Paşayeva 8 mart ərəfəsində şəhid anaları, xanımları və qız övladları ilə görüşüb

MAQAZİN
13:25 07.03.2013
2051

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Respublika Şəhid Anaları Cəmiyyəti 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları üçün tədbir keçirib.

tədbirdə xarici dövlətlərin ölkəmizdəki diplomatik korpus nümayəndələri, millət vəkilləri, ölkənin ictimai-siyasi xadimləri, ziyalıları, sənətçiləri iştirak edib.

Qənirə Paşayeva bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.Millət vəkili şəhidlərimiz kimi, onların anaları da bizim üçün çox qiymətlidir deyib.Qənirə Paşayeva “Həyata küsmə” albomunun satışından əldə olunan gəlirlə cəmiyyətin saytının yaradılacağını və şəhidlərimizlə bağlı bəzi kitab və video materialların hazırlanacağını bildirib:Respublika Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova millət vəkilinin atdığı bu humanist addımı alqışlayaraq təşəkkür edib.R.Əsgərova və digər şəhid anaları çıxışlarında bildiriblər ki, onlar Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.Q. Paşayeva “o gün uzaqda deyil. İnşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edəcəyimizə inandığını bildirib.Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslan, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saadettin Topukçu isə “Bir millət iki dövlət” olduğumuzu qeyd edərək, şəhid anaların onların da anaları olduqlarını və bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.Tədbir Azərbaycanın əməkdar artisti Elza Seyidcahanının şəhid ailələri üçün hazırladığı xüsusi konsert proqramı ilə davam edib.

Tədbirdə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Azərbaycanın əməkdar artisti Elza Seyidcahana məxsus “Həyata küsmə” albomunun satışından əldə olunan gəlir Respublika Şəhid Anaları Cəmiyyətinə bağışlanıb.

OXŞAR XƏBƏRLƏR