Qənirə Paşayeva Azərbaycan bayrağının təhqir edilməsinə münasibət bildirdi

Qənirə Paşayeva Azərbaycan bayrağının təhqir edilməsinə münasibət bildirdi
Bütün Xəbərlər
21:00 08.01.2013
1934

Millət vəkili Qənirə Paşayeva sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizliyi əks etdirən fotoya münasibət bildirib. Deputat bildirib ki, bu məsələni araşdıracaq.

“Bayrağımız bizim şərəfimiz, namusumuzdur!

Bir az əvvəl sosial şəbəkələrdə bir şəkil və onun ətrafında açılan geniş müzakirələri gördüm. Foto gerçəkdən də bayrağımıza qarşı hörmətsizliyi əks etdirir və mən bir vətəndaş olaraq çox üzüldüm və narahat oldum. Məlumatda Qazax rayonunda baş verdiyi yazırlar. Fərqi yoxdur kim tərəfindən edilib. Bilərəkdən və ya bilməyərəkdən edilməsinin də fərqi yoxdur. Bu hörmətsizliyə görə həmin insanlar xalq qarşısında üzr istəməli və qanunlar qarşısında cavab verməlidir. Əgər bu fotoda görünən hadisə həqiqətən də Qazax rayonunda baş veribsə, rayon rəhbərliyini bu hadisəni ciddi araşdırmağa və günahkarların cəzalandırılmasına çağırıram və ümid edirəm ki, bu kimi xoşagəlməz hallar bir daha təkrarlanmayacaq”.

OXŞAR XƏBƏRLƏR