Qənirə Paşayeva: "Hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq"

Qənirə Paşayeva: "Hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq"
SOSİAL
14:39 30.01.2019
4165
Millət vəkili Q.Paşayeva DATÜB Baş katibi və fəalları ilə görüşündə "hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq" deyib

Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüb və Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr olub. Millət vəkili Qənirə Paşayeva "hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq" deyib. Millət vəkili Q. Paşayeva Axıska türklərinin doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb. 

Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axıska türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən danışan Axıska türkləri təmsilçiləri millət vəkili Qənirə Paşayevanın axıska türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da artırmasını da xahiş ediblər. DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları "Azərbaycan da bizim vətənimizdir, hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də problemimizdir və məsələdə Azərbaycanın yanındayıq, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş təbliği istiqamətində səylərimizi bundan sonra artıracaqlarını deyiblər.  "Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir" deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman göstərəcəyini deyib.

DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və millət vəkili Q.Paşayevanın Gürcüstanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri  Tamar Çuqoşvili və Avropa Şurasındakı daimi nümayəndəsi İrakli Giviashvili ilə görüşündə Axıska türklərinin öz yurdlarına dönməsi və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlər xüsusi diqqət mərkəzində olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
19:45 11.07.2026
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
19:24 11.07.2026
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:15 11.07.2026
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
19:14 11.07.2026
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb