Xaçmazda sürücü sükan arxasında ölüb, avtomobil gölə düşüb

Xaçmazda sürücü sükan arxasında ölüb, avtomobil gölə düşüb
SOSİAL
16:29 11.07.2026
187
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR