Qənirə Paşayeva İraqda Qarabağ həqiqətlərindən danışıb

Qənirə Paşayeva İraqda Qarabağ həqiqətlərindən danışıb
SOSİAL
10:52 11.12.2017
1041
Millət vəkili İraqda 10-dan artıq TV kanalına,bir çox radiolara,agentlik və qəzetlərə Qarabağ həqiqətlərindən danışıb
 
AZXEBER.COM xəbər verir ki, İraqda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Q. Paşayeva İraqın dövlət televiziyasına, El İrakiya, El Reşid, El Hura İrak , Al Mashrik, Al İrakiye, Al Turkmaniye televiziya kanallarına, bir sıra radio kanallarına, qəzet və xəbər agentliklərinə müsahibəsində və Al İraqiye Al Turkmaniye dövlət televiziyasının canlı yayımında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə danışıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Milli Məclisin deputatı Azərbaycanın iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti, ölkəmizdəki multikultural və tolerant mühitdən də söhbət açıb və İraqlıları ölkəmizə dəvət edib.
 
Azərbaycan-İraq münasibətləri ilə bağlı geniş fikirlərini söyləyən millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan bütün istiqamətlərdə İraqla əməkdaşlığın inkişafında maraqlıdır və əlaqələr getdikcə daha da genişlənir. Millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanı İraqla bu ölkədə yaşayan 3 milyon Türkman soydaşımız daha da möhkəm tellərlə bağlayır.
 
İraq Türkmanları barədə də geniş fikirlərini söyləyən millət vəkili Q.Paşayeva "onlar mutlu olanda biz də yaxşı oluruq, onlar üzüləndə biz də üzülürük" deyərək bu istiqamətdə də bir sıra ciddi mesajlar verib. Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan millət vəkili Q.Paşayeva terrorla mübarizədə dünyada ikili standartlar olmamalıdır və biz bu ikili standartlardan əziyyət çəkən bir xalq olaraq terrorla mübarizədə İraqı dəstəkləyirik və eyni yanaşmanı da hər kəsdən özümüzə qarşı gözləyirik deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
ABŞ-də iki Çin vətəndaşı casusluqda ittiham olunaraq həbs ediliblər
20:50 01.07.2025
ABŞ-də iki Çin vətəndaşı casusluqda ittiham olunaraq həbs ediliblər