Qənirə Paşayeva işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif etdi

Qənirə Paşayeva işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif etdi
SOSİAL
13:46 29.11.2016
1341
Qənirə Paşayeva MM-də Şəhidlər Xiyabanında Xocalı Soyqımı ilə bağlı abidə qoyulmasını və işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib.
 
Bu gün MM-də Xocalı Soyqımının dünyada daha da geniş şəkildə tanıdılması istiqamətində fikirlərlə çıxış edən millət vəkili Q.Paşayeva Şəhidlər Xiyabanında da Xocalıya aid monument, abidə və məlumat lövhəsinin qoyulmasını təklif edib. "Ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda ölkəmizə gələn turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə Şəhidlər Xiyabanında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə və ya monument qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı Soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş olacaq və bu barədə daha da geniş məlumatlar almış olacaqlar. Belə bir abidə və ya monumentə, məlumat lövhəsinin Şəhidlər Xiyabanına qoyulması çox vacib və önəmli olması barədə fikirlərini geniş söyləyən millət vəkili Q.Paşayeva bununla bağlı bir sıra Xocalı sakinlərinin, QHT və ictimai fəalların, ziyalıların fikirlər səsləndirdiyini deyib vəXocalı Soyqırımının 25-ci ildönümünə qədər bu məsələnin həllini tapacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda işğal altında olan ərazilərimizlə bağlı qanunun qəbul olunmasının vacibliyini də vurğulayıb. Son günlərdə yenə də Fransa Parlamentinin 2 deputatının Ermənistanln işğalı altında olan Xankəndi bölgəmizə Azərbaycan dövlətinin icazəsi olmadan səfər edərək ciayətkar rejimin rəhbəri Bako Saakyanla görüşüb, açıqlamalar verdiyini deyən millət vəkili Q.Paşayeva biz bunu qətiyyətlə pisləyirik deyib.
 
Millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında deyib ki, "son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. "Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur.
 
Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə bu mesajı vermiş oluruq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir” - deyə millət vəkili əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik