Qənirə Paşayeva İstanbulda Türk dünyasına çağırış etdi

Qənirə Paşayeva İstanbulda Türk dünyasına çağırış etdi
SOSİAL
19:08 20.01.2018
1370
İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, siyasi elmləri doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva təşkilatçılara belə önəmli tədbirin təşkili üçün təşəkkürünü bildirib və Türkiyəmiz, Azərbaycanımız üçün canlarını fəda edən bütün şəhidlərimiz nur içində yatsın, onları hər zaman sevgi ilə anacağıq deyib.
 
Q.Paşayeva Sarıqamışda yaaşanan böyük acı, o ağır günlərdə Azərbaycan türklərinin Anadoluda yaşayan qardaş-bacılarımızın yanında olması, rus imperiyası tərəfindən Nargin adasına əsir götürülmüş insanlarımızın xilas olması etdikləri fəadakarlıqlar barədə danışıb və onlar bizə qardaşlığın nə olduğu kimi gözəl örnəklər qoyublar və sonra eynu ruh Çanaqqalada, Bakının erməni daşnakları və arxasındakı güclərdən təmizlənməsi zamanı da davam edib deyib.
 
Türk dünyasına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib.
 
Q. Paşayeva "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” deyərək bu birliyin dosta da, düşmənə də bir məsaj olduğunu söyləyib. Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Xocalı soyqırımından, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağın işğaldan azad edilməsi üçün çalışmalıdır:” Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.
 
Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı QHT və KİV-lərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyərək münasibətlərimizin daha da inkişafı istiqamətində görülən işlər barədə də geniş məlumat verib. O, İstanbulun Beylükdüzü bölgəsində Qarabağ parkının salınması və abidənin qoyulması ilə bağlı səhnədən bələdiyyə başqanına müraciət edərək təklifini səsləndirib və bu cür addımların önəmindən də danışıb.
 
Millət vəkili "Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq” deyib. Qənirə Paşayeva çıxışını "inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayevaya bir sıra QHT təmsilçiləri, fəal aydınlarla görüşüb və KİV-nə geniş müsahibələr verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ