Qənirə Paşayeva: İstifadəsinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılır

Qənirə Paşayeva: İstifadəsinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılır
SOSİAL
14:43 05.03.2022
449
"Bu gün bir çox mağazalarda vaxtı ötmüş və ya son istifadə tarixinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılmış məhsullar satılır. Maddi imkanları məhdud insanlar da belə endirimli məhsulları alır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsində çıxış edərkən deyib.

Q.Paşayeva qeyd edib ki, sözügedən sahədə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var:

"Biz bu qanun layihəsini dəstəkləyirik. Çox önəmli bir qanun layihəsidir və çox yüksək səviyyədə hazırlanıb. Lakin qanunun həyata keçirilməsi ən vacib məqamlardan olacaq. Çünki bu qanunu pozanlar, bu məhsulları ölkəyə gətirənlər, istehsal edənlər və satanlar sadə insanlar deyil.

Sözügedən sahədə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var. Məsələn, bilmək istəyirəm ki, qida və yem məhsullarının geri çağırılması, yığışdırılması və məhv edilməsi qaydalarını pozanlar - əhalinin sağlamlığına mənfi təsir göstərən neçə nəfər cəzalandırılıb və onların cəzaları nədən ibarət olub? Pozuntuya uyğun cəza alıblarmı? Cəza sistemi tətbiq olunmalıdır. Qoşqar müəllimlə danışdığımız zaman o, öz rastlaşdığı halları danışmışdı. Buradakı çıxışında da qeyd etsə, biz görərdik ki, əslində vəziyyət ürəkaçan deyil”.

Deputat qeyd edib ki, qanun pozuntularına yol verənlərin cəzaları çox ağır olmalıdır:

"İkinci hissə maarifləndirmə ilə bağlıdır. Çünki mən düşünürəm ki, bu gün maarifləndirmə ən vacib məqamlardan biridir. Məsələn, bu gün bir çox mağazalarda vaxtı ötmüş və ya son istifadə tarixinə 1-2 gün qalmış məhsulun üzərinə 50%-60% endirim yazılmış məhsullar satılır. Maddi imkanları məhdud insanlar da belə endirimli məhsulları alır. Ümumiyyətlə istifadə müddəti bitmiş məhsullarla bu cür davranmaq, hətta reklam edərək yanaşmaq doğru deyil. Bu hallara qarşı cəzalar sərtləşmiş şəkildə olmalıdır. Vaxtı keçmiş qidalar həyat üçün təhlükəlidir. Düşünürəm ki, qanun layihəsində maarifləndirmə işləri öz əksini tapmalıdır. Çünki insanlar belə hallarla rastlaşdıqda nə etməli olduğunu bilməlidir. Qanun layihəsinin həyata keçirilməsində insanlarımızın dəstəyinə çox böyük ehtiyac var. Bir qurumun bu məsələni tək üzərinə götürüb yüksək səviyyədə nəzarət etməsi çox çətindir. Burada əhalinin sağlamlığından söhbət gedir. Ona görə, düşünürəm ki, qanun pozuntularına yol verənlərin cəzaları çox ağır olmalıdır".
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı