Qənirə Paşayeva Mərmərə Universitetininin rektoru ilə görüşdü

Qənirə Paşayeva Mərmərə Universitetininin rektoru ilə görüşdü
SİYASƏT
11:50 25.05.2013
1739

Millət vəkili Qənirə Paşayeva Mərmərə Universitetini ziyarət edib və Universitetin rektoru Prof. Dr. Zafer Gül ilə görüşüb.

Mərmərə Universitetinin rektoru Prof. Dr. Zafer Gül millət vəkili, dr. Qənirə Paşayevaya Universitetdə “Avrasiyada Türk Dili və Tarixi tədrisi” beynəlxalq simpoziumdakı çıxışının və irəli sürdüyü təkliflərin böyük əhəmiyyət daşıdığını deyib. Millət vəkili Qənirə Paşayeva isə 3 gün davam edən bu cür simpoziumların davamlı olmasının vacibliyini vurğuılayaraq Universitet rektoruna daim Azərbaycanla bağlı tədbirlərə, mövzu və məsələlərə həssaslıqla yanaşdıqları üçün təşəkkür edib.

Mərmərə Universitetinin rektoru Prof. Dr. Zafer Gül Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Mərmərə Universitetinin rektoru Prof. Dr. Zafer Gül rəhbərlik etdiyi Universitetdə azərbaycanlı tələbələrin təhsil aldığını və onların sayının daha da artmasında maraqlı olduğunu söyləyib və rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil məktəbləri ilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Mərmərə Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin orta və ali məktəblərində, universitetlərindı ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini xüsusi vurğulayıb.

Millət vəkili, dr. Qənirə Paşayeva Mərmərə Universitetinin rektoru Prof. Dr. Zafer Gülü Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini bildirən Mərmərə Universitetinin rektoru Prof. Dr. Zafer Gül dəvəti məmnuniyyətlə qəbul edib. Millət vəkili Qənirə Paşayeva Mərmərə Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb, onlarla söhbət edib, yaxşı təhsil almalarının və ölkəmizi layiqincə təmsil etmələrinin vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
16:09 16.07.2025
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi