Qənirə Paşayeva "Murov aslanı"nın xanımı ilə görüşüb - FOTO

Qənirə Paşayeva "Murov aslanı"nın xanımı ilə görüşüb - FOTO
SOSİAL
16:59 08.10.2021
390
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi İlkin Rzayevin həyat yoldaşı Zeynəb Rzayeva ilə Milli Məclisdə görüşüb.

Komitə sədri Vətən Müharibəsinin birinci ildönümü və tarixi Zəfərimizin ildönümü ərəfəsində şəhid xanımı ilə görüşün onunçün xüsusilə dəyərli və anlamlı olduğunu bildirib: "Ali dövlət rəhbərliyimizin şəhid ailələrinə yüksək diqqət-qayğısı hamımız üçün örnək təşkil edir.

Şəhidlərimizin ailələri, yadigarları bizimçün əzizdir.

Müharibənin ildönümündə əziz şəhidlərimizin ruhunu bir daha dərin ehtiramla yad edir, yaralı qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı, uğurlar diləyirik”!

Şəhidin xanımını dinləyən, qayğıları ilə yaxından maraqlanan Komitə sədri, onu qayğılandıran məsələlərlə bağlı əlaqədar dövlət orqanları ilə telefonla əlaqə saxlayıb, müzakirələr aparıb. Şəhidin xanımına bildirilib ki, mümkün olan ən qısa müddətdə şəhid ailəsinin qaldırdığı məsələlərlə bağlı mümkün olan müvafiq tədbirlər görüləcək.

Q.Paşayeva Z.Rzayevaya Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, İlkin Cəfər oğlu Rzayev (28.07.1984, Əlikli, Şərur – 02.10.2020, Murovdağ, Kəlbəcər) "Murov aslanı” ləqəbi ilə tanınıb.

2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək leytenant rütbəsi almış İlkin Rzayev, 2006-2007-ci illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, Orduda xidmətə başlayıb. 2009-cu ildə baş leytenant, 2013-cü ildə kapitan, 2017-ci ildə isə mayor rütbəsinə yüksəlib.

O, hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. 2016-cı ilin Aprel Döyüşlərində iştirak edib.

Mayor İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib, döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. Mayor Rzayev təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək, 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda - II Fəxri Xiyabanda dəfn edilib.

Ruhu şad olsun!

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı