Qənirə Paşayeva ön cəbhə kəndində şəhid ailələri və bir sıra sakinlərlə görüşüb - FOTOLAR

Qənirə Paşayeva ön cəbhə kəndində şəhid ailələri və bir sıra sakinlərlə görüşüb - FOTOLAR
Secki2024
12:11 05.02.2020
1445
Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edən Qənirə Paşayeva bu dəfə ön cəbhə kəndlərindən biri olan Vahidli kəndində şəhid ailələri və bir sıra sakinləri ziyarət edib, qayğıları ilə maraqlanıb.                     

Müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Vahidli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının özəl yer tutduğunu bildirib.

Qənirə Paşayeva Prezident cənab İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə və rayonda, o cümlədən Vahidli kəndində həllini gözləyən problemlərdən danışıb və ölkəmizin inkişafı ilə paralel olaraq həmin problemlərin də sürətlə həllini tapacağına əminliyini ifadə edib. Ötən 14 illik deputat fəaliyyəti barədə də danışan Q.Paşayeva hər zaman seçicilərinin yanında olduğunu, onlarla vaxtaşırı görüşdüyünü, qayğı və problemlərinin həlli ilə bağlı rəsmi qurumlara müraciətlər etdiyini və inkanı daxilində bu problemlərin həllinə çalışdığını, müalicəyə ehtiyacı olanlara dəstək olmağa çalışdığını bildirib: "Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam və əgər siz mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi ləyaqətlə təmsil etməyə davam edəcəm”.

Seçki platforması barədə də ətraflı məlumat verən Q.Paşayeva hər bir seçicinin seçkilərdə iştirakının vacibliyini vurğulayıb və onları 9 Fevral Parlamenr Seçkilərində fəal olmağa çağırıb.   

"Siz Milli Məclisdə və getdiyiniz hər bir ölkədə bizim səsimiz oldunuz və hər zaman etimadımızı doğrultdunuz. Hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq”deyən seçicilər Q.Paşayevaya uğurlar arzu ediblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev