Qənirə Paşayeva Qarabağ problemi ilə bağlı konfrans verdi

Qənirə Paşayeva Qarabağ problemi ilə bağlı konfrans verdi
SOSİAL
15:12 25.12.2017
1090

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Qaziantep Universitetinin dəvəti ilə ali təhsil ocağının Mavera Konqre və Sənət Mərkəzində "Türk dünyası, Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ problemi”adlı konfrans verib və geniş məruzə ilə çıxış edib.

 

AZXEBER.COM xəbər verir ki, yüzlərlə gənc və müəllimlərin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili Q.Paşayeva bu məsələdə beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: "Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir.

 

İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanşmada da gördük: "100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:"Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik". Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb.

 

Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

 

Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını "inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirdə Qaziantep Universiteti rektoru Prof. Dr Ali Gur, Türk dünyası və Akraba Topluluqlar Mərkəzinin rəhbəri Yunus Emre çıxış edərək millət vəkili Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər. Millət vəkili Q. Paşayevamüəllimlərə və gənclərə Türkiyədə yeni çapdan çıxmış kitabları "Turan yolçusu” və "Aşk yolçusu”nu imzalı hədiyyə edib və onları maraqlandıran sualları da cavablandırıb. Tədbir çərçivəsində universitetindəki Azərbaycandan olan dəyərli sənətçi müəllimlər tarda Prof. Dr. Ilgar İmamverdiyev, pianoda Doç. Dr. Efkan Zeki Saleh tədbirdə türk və Azərbaycan mahnılarını səsləndirərək, mini bir musiqi ifasını təqdim edib.

OXŞAR XƏBƏRLƏR