xari

Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşdü

SOSİAL
17:23 21.01.2021
243
Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Mülkülü kənd sakini, "Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Baş leytenant Orxan Emnalıyevin atası Eyvaz Emnalıyev və digər ailə üzvləri ilə Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

"Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Orxan kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!

Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Q.Paşayeva şəhid zabitin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə "Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:53 03.03.2021

İlham Əliyev: "Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq"

17:45 03.03.2021

Qəbələdə 63 yaşlı kişi intihar etdi

17:44 03.03.2021

İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb

17:42 03.03.2021

Ankarada Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

17:38 03.03.2021

“TikTok”un bənzərinin sınaqları başladı

17:32 03.03.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

17:23 03.03.2021

Tanınmış rus şərhçisi vəfat etdi

17:19 03.03.2021

İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO

17:13 03.03.2021

"Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı

17:11 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:06 03.03.2021

İrəvanda gərginlik ən pik həddə: Snayperlər gətirildi

17:06 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:03 03.03.2021

“Muğan Bank”ın zərəri getdikcə böyüyür - CƏDVƏL

16:58 03.03.2021

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

16:49 03.03.2021

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edib

16:45 03.03.2021

Prokurorluq rəisin minaya düşməsi ilə bağlı məlumat yayıb