Qənirə Paşayeva şəhid baş leytenantın evini ziyarət etdi

Qənirə Paşayeva şəhid baş leytenantın evini ziyarət etdi
SOSİAL
11:00 03.08.2020
687
Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, 13 iyulda Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun Biləsuvarın Aşağı Cürəli kəndindəki evini ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, "Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmənin verdiyi itkilərdə, döyüş mövqelərimizin qorunmasında Rəşad Mahmudovun bir zabit kimi xidmətləri var. O, bu ailədə böyüyüb, boya-başa çatıb, onun tərbiyəsi, Vətənə bağlılıq hissləri, əlbəttə ailəsindən başlayıb. müqəddəs Qurban bayramı günlərində şəhid zabitimizin evində olmaq, ailəsini ziyarət etmək, bizimçün əlamətdardır.

Mən aktiv döyüşlər gedən günlər Tovuzdaydım, hərbçilərimizin hər birinin yüksək vətənpərvərliyini, dönməzliyini görmək çox qürurvericiydi. O günlər yaşananlar, hərbçilərimizin əziz canlarını Vətən uğrunda qurban vermələri, göstərdikləri şücaətlər xalqımız tərəfindən unudulmayacaq. Ruhuna minnətdar olduğumuz şəhidlərimizin ailələri bizimçün həmişə əziz olacaq.” Asiya.az xəbər verir ki, Millət vəkili Qənrə Paşayeva şəhid baş leytenantın ailə üzvləri ilə söhbətində öz duyğularını, fikirlərini bu cümlələrlə ifadə edib.

Millət vəkili Məşhur Məmmədov bildirib ki o da hadisələr vaxtı Tovuza səfər edib, qəhrəman oğullarımızın, eləcə də, yerli əhalinin, özəlliklə gənclərin əhval-ruhiyyəsini biləvasitə görüb. M.Məmmədov Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailələrinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib. Son illər öncəbhədə düşmənə sarsıdıcı zərbələr vurmuş, şəhid olmuş bir neçə hərbçimizin Biləsuvarda böyüyüb, boya-başa çatdığını xatırladan millət vəkili, 2012-ci ildə şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının ondan sonra gələn gənc hərbçilərimiz tərəfindən mənimsənildiyini, Rəşad kimi oğulların bunu sübut etdiyini deyib.

Millət vəkilli Q.Paşayeva Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-ordu, xalq-dövlət birliyinin necə sarsılmaz olduğunu bir daha bariz şəkildə göstərdiyini deyib. Gənc hərbçilərimizin cəsurluğunu, qorxmazlığını, əcdadlarımızın tarixi ənənələri, hərbi iris ilə əlaqələndirib.

RHİMİB sədri Arzu Bağırova və şəhid baş leytenantın ailə üzvləri, doğmaları da öz ürək sözlərini bölüşüb.
Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, hər zaman olduğu kimi, Tovuzda şəhid olmuş hərbçilərimizin ailələri də, Ali Baş Komandan cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub və dövlətin zirvəsinin bu nəcib münasibəti, hər kəs üçün də bir nümunə təşkil edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir