Qənirə Paşayeva şəhid Fəqan Zalovun atası ilə görüşdü

Qənirə Paşayeva şəhid Fəqan Zalovun atası ilə görüşdü
SOSİAL
22:55 02.03.2021
475
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov ilə görüşüb və sizin kimi valideynlərin qarşısında baş əyirik deyib.

"Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Şəhid Qəhrəmanımızın ruhu qarşısında dərin ehtiram və minnətdarlıqla baş əyirik!

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan oğlunuz Fəqan Zalov Vətən Müharibəsi zamanı yaralansa da, qısa müddətli müalicədən sonra, öz istəyi ilə yenidən döyüşlərə qayıdıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin igidlik və mərdlik nümayiş etdiridiyi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən oğlunuza "Vətən Müharibəsi Qəhrəmanı" yüksək adı verilib.

Fəqan Zalov həmçinin bir sıra medallarla təltif edilib.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, qəhrəman övlad böyütdüyünüz üçün təşəkkür edirik"! - Mədəniyyət Komitəsinin sədri ürək sözlərini bölüşüb.

Qəhrəmanın atasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova da iştirak edib və ürək sözlərini bölüşüblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
11:45 07.07.2026
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
11:08 07.07.2026
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
11:03 07.07.2026
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
11:02 07.07.2026
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
10:55 07.07.2026
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
10:54 07.07.2026
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
10:51 07.07.2026
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
10:48 07.07.2026
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
10:43 07.07.2026
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
10:38 07.07.2026
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
10:09 07.07.2026
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
10:09 07.07.2026
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
"DreamDoll Bri" Floridada atışmada öldü
10:06 07.07.2026
"DreamDoll Bri" Floridada atışmada öldü
“Azeri Light” bu gün neçəyə satılır?
09:53 07.07.2026
“Azeri Light” bu gün neçəyə satılır?
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
09:41 07.07.2026
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır
09:38 07.07.2026
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır