Qənirə Paşayeva şəhid Zaur Hüseynovun ailəsi ilə görüşdü

Qənirə Paşayeva şəhid Zaur Hüseynovun ailəsi ilə görüşdü
SOSİAL
16:21 02.01.2021
863
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri A.Bağırova qəhrəman şəhidimiz Zaur Hüseynovun ailəsi ilə görüşüblər, dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyiblər.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Hişkədərə kənd sakini, şəhid leytenant Zaur Hüseynovun atası Vaqif Hüseynovla, anası Vəfa Eynullayeva, həyat yoldaşı Aytel Hüseynova və şəhidimizin 1 yaşlı qızı Zeynəb Hüseynli ilə görüşüblər.

Qənirə Paşayeva şəhid ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: "Əziz şəhid ailəsi, Siz Vətən uğrunda comərdcə döyüşərək öz canını fəda etmiş zabitimizin ailəsisiniz. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Sizin kimi qəhrəman şəhidlərimizin ailələri haqq edir. Biz Sizə minnətdarıq! 

Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. 
Biz bilirik ki, sizin oğlunuz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Oğlunuz, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib.

Zaur kimi vətənpərvər zabitlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!
Şəhidimizin əziz ailəsinə tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib