Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemlərini dinləyib

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemlərini dinləyib
SOSİAL
17:56 04.07.2017
883

 

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğı və problemlərini dinləyib


AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili kəndlərdə bir sıra şəhid ailələrinin, müharibə əlillərinin, sağlamlıq imkanları məhdud şəxslərin ailələrini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq